Kollina: "Futbolçuları qorumaq lazımdır"


İdman 13 Fev 2018 17:46:00 325 0

Kollina: "Futbolçuları qorumaq lazımdır"

UEFA-nın hakimlər Komitəsinin sədri Pyerluici Kollina təhlükəli qayda pozuntularına qarşı futbolçuların qorunması ilə bağlı "Manchester City"nin mövqeyini dəstəkləyib. Goal.az xəbər verir ki, italiyalı mütəxəsis bunları deyib:

"Bizə lazımdır ki, futbolçular oynasın. Buna görə onları qorumaq lazımdır. Rəqib tərəfindən edilən hücum sonrası futbolçunun gələcək karyerası risk altına düşürsə, buna yol vermək olmaz. Bu hərəkətin ehtiyatsızlıq və ya qəsdən edilməsinin fərqo yoxdur. Futbolçular başa düşməlidir ki, rəqiblərinə hörmət etməli və özlərinə rəva görmədikləri şeyləri onlara qarşı etməməlidir.

Kollina hakimlərin oyun zamanı üzərinə düşən təzyiqə də fikirlərini bölüşüb.

"Futbolçuların referiyə təzyiq göstərməsi yolverilməzdir. İstəmirik ki, futbol belə ismarıc daşısın".