Milan məhkəməsi Azərbaycanla korrupsiyada ittiham edilən italiyalı siyasətçiyə bəraət verib


Digərləri 13 Fev 2018 17:14:06 247 0

Milan məhkəməsi Azərbaycanla korrupsiyada ittiham edilən italiyalı siyasətçiyə bəraət verib

Milan məhkəməsi Azərbaycanla korrupsiyada ittiham edilən siyasətçi Luka Volonteyə bəraət verib.

Bakı. Milan məhkəməsi Azərbaycanla korrupsiyada ittiham edilən siyasətçi Luka Volonteyə bəraət verib. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elxan Süleymanov məlumat verib. Millət vəkili bildirib: "Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çox müddətdir ki yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən biri olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı ermənilərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başssağlığı verirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin