"4 il övladım olmadı" Kəmalə Qaramollayeva VİDEO FOTO


Şou-biznes 13 Fev 2018 17:06:00 570 0

"4 il övladım olmadı"  Kəmalə Qaramollayeva  VİDEO  FOTO

ARB TV-nin "Sayqa ilə bu axşam" verilişinə qonaq olan müğənni Kəmalə Qaramollayeva maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, o, övladı haqda söz açıb:

"5 ilə yaxındır ki, ailə qurmuşam. Allah arzusunda olanlara qismət eləsin. Evləndikdən sonra oturmaq fikrim yox idi. Böyük layihələrim var idi. Sadəcə hər şey tərsinə oldu. 4 il övladım olmadı. Amma yenə də oturmamışam, işləmişəm. Bu yaxınlarda gözəl layihəmiz olacaq. Allahdan arzu edirdim ki, mənə övlad qismət etsin və mən bütün balacaları sevindirəcəm. Uşaq jurnalımız işıq üzü görəcək".


Xəbərə aid foto