Azərbaycanda yeni medal təsis edildi


Digərləri 13 Fev 2018 17:02:00 190 0

Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib. Trend-in məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib. Medal səfərbərlik və vətəndaşların hərbi vətənpərvərlik mövzusunda maarifləndirilməsində xidmətləri olan hərbçilərə və mülki vətəndaşlara veriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin