İnzibati vəzifələr üzrə test imtahanında iştirak üçün "buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb


Digərləri 13 Fev 2018 16:55:00 264 0

İnzibati vəzifələr üzrə test imtahanında iştirak üçün "buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bakı. İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 18 fevral 2018-ci il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.