Azərbaycanla bir sıra ölkələr arasında ikitərəfli sazişlər təsdiqlənib


Digərləri 13 Fev 2018 16:48:49 181 0

Azərbaycanla bir sıra ölkələr arasında ikitərəfli sazişlər təsdiqlənib

Azərbaycan hökuməti ilə bir sıra ölkələr arasında sazişlər təsdiq edilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan hökuməti ilə bir sıra ölkələr arasında sazişlər təsdiq edilib. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks dövlətləri hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə edilib. Hər iki sənəd səsə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin