ABŞ məcburi köçkün gənclərinə karyera bacarıqlarını artırmaqda dəstək göstərir


Digərləri 13 Fev 2018 16:31:48 208 0

ABŞ məcburi köçkün gənclərinə karyera bacarıqlarını artırmaqda dəstək göstərir

Kürdəmir və Füzuli rayonlarından 40 məcburi köçkün gənci üçün Kürdəmir Karyera Gününün açılışı oub.

Bakı. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Kürdəmir və Füzuli rayonlarından 40 məcburi köçkün gənci üçün Kürdəmir Karyera Gününün açılışını ediblər. Səfirlikdən Trend-ə verilən məlumata görə, açılışda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər. R.Sekuta Karyera Gününün gənc iştirakçıları ilə bir araya gələrək onların arzularını öyrənib və güclü gələcək qurmaları üçün idea və resurslar təklif edib. Daha sonra, ABŞ səfirliyinin əməkdaşları və Kürdəmir Amerika Guşəsi səfirliyin “Maker Space”-inə aid 3D printerlər və robotlar kimi ən son texnoloji alətlər təqdim edilib. Həmçinin, tələbələr üçün karyera inkişafı resursları və ABŞ-da mübadilə və təhsil imkanları mövzusunda təqdimatlar keçirilib.