Murad Dadaşov ərizə yazdı FOTO


Digərləri 13 Fev 2018 16:29:00 305 0

Murad Dadaşov ərizə yazdı  FOTO

"Könüllü məşhurlar" layihəsinin növbəti qonağı əməkdar artist, tanınmış teleaparıcı, aktyor, "Bakılı Oğlanlar" şən və hazırcavablar klubunun üzvü Murad Dadaşov olub.

Son.az xəbər verir ki, Murad Dadaşov Sumqayıt "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib.

Şoumen ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub. O, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində vətəndaşlara xidmət göstərib, sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihələrinə dəstək olub.


Xəbərə aid fotolar