Azərbaycan Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir


İqtisadiyyat 13 Fev 2018 15:27:59 342 0

Azərbaycan Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir

Ötən il iki ölkələ arasında ticarət dövriyyəsinin həcmi 43% artıb

"Çin Xalq Respublikasına səfərimizin 4 əsas məqsədi var idi. Bu, Trans-Xəzər ticarət dəhlizi, Azərbaycanın turizm və ixrac potensialının artırılması, Çinlə əməkdaşlığın gücləndirilməsidir". "Report" xəbər verir ki, bunu Çinə səfərinin yekunlarına həsr edilmiş bügünkü mətbuat konfransında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayevin sözlərinə görə, Trans-Xəzər ticarət dəhlizinin genişləndirilməsi üçün potensial mövcuddur: "Ötən il Azərbaycan vasitəsi ildə 10,4 mln. ton yük daşınıb ki, bu da 2016-cı illə müqaisədə 16% çoxdur. Ağır yük avtomobilləri ilə yük daşımaları isə 14% artıb. Trans-Xəzər layihəsi Çinin reallaşdırmaq istədiyi "Bir kəmər, bir yol" layihəsinə tam uyğundur. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 43% artaraq 1,2 mlrd. dollara çatıb".