Gəmi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşından 1 kiloqrama yaxın qızıl müsadirə edilib (FOTO)


Digərləri 13 Fev 2018 15:29:00 185 0

Gəmi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşından 1 kiloqrama yaxın qızıl müsadirə edilib (FOTO)

993 qram qızıl məmulatları aşkar edilib

Bakı. Gəmi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşından 1 kiloqrama yaxın qızıl müsadirə edilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Türkmənistandan “Bagtyyar” gəmisi ilə Azərbaycana gələn Türkmənistan vətəndaşı Muhammet Charyyevin gömrük nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycana gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.