İnzibati icraçı vəzifələr üzrə yenidən müsahibə keçiriləcək


Digərləri 13 Fev 2018 15:24:00 180 0

İnzibati icraçı vəzifələr üzrə yenidən müsahibə keçiriləcək

İnzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlərin nəzərinə.

Bakı. İnzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbu üzrə elan olunmuş müsahibələrdə iştirak üçün müraciəti qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, DİM tərəfindən dövlət orqanlarında olan vakant vəzifələr Mərkəzə təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq həmin vəzifələrin tutulması üçün müsahibələr elan edilir. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Dövlət qulluğuna qəbul imtahanlarının test mərhələsi isə ayda bir dəfə elektron və ya kağız daşıyıcılar vastəsilə həyata keçirilir. İndiyədək DİM tərəfindən müsabiqənin müsahibə mərhələsi üzrə 5 elan verilib. 2 müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq bitmişdir. Qeyd edək ki, elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcəkdir.