Taleh Bağırova yenidən hökm oxundu


Kriminal 13 Fev 2018 15:05:00 333 0

Taleh Bağırova yenidən hökm oxundu

Qaradağ rayon Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, məhkəmə hökmü ilə o, beş ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Taleh Bağırova Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib.