“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi


İdman 13 Fev 2018 15:00:00 349 0

“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən məşqləri bərpa edib.

Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.