Növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirib (FOTO)


Digərləri 13 Fev 2018 14:53:48 238 0

Növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirib (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən növbəti hərracda 33 dövlət əmlakı özəlləşdirilib. Komitədən Trend-ə verilən məlumata görə, bunlardan 7 əmlak üzrə vətəndaşlar tərəfindən 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi də hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, əksər əmlakların rəqabətli olması buna əyani sübutdur. Qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsinə aid olan 2 dövlət əmlakı bir neçə investoru özünə cəlb edə bilib. Nəticədə paytaxtın Nərimanov rayonunda yerləşən əmlakın ilkin start qiyməti 10 min 800 manat olmasına baxmayaraq 30 min 500 manata özəlləşdirilib. Qeyd edilməlidir ki, qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 15-i Bakıda qalanları isə Gəncə, Sumqayıt, Bərdə şəhərlərində yerləşir. Qeyd edilməlidir ki, budəfəki hərracda vətəndaşlarımız Elektron hərracın üstünlüklərindən faydalanıblar. Belə ki, alıcılardan biri paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə onlayn olaraq qoşulub.