Qazaxıstan BTQ ilə daha bir yük qatarını Türkiyəyə yola saldı


Digərləri 13 Fev 2018 14:28:00 369 0

Qazaxıstan BTQ ilə daha bir yük qatarını Türkiyəyə yola saldı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan keçməklə Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kostanay vilayətindən buğda daşıyan qatar bir neçə gün əvvəl Mersin limanına yola düşüb.

Qeyd olunur ki, ümumilikdə Türkiyyə 1,5 min ton buğda daşıyan 72 vaqon yollanacaq: "Kostanaydan Türkiyəyə birbaşa yük marşrutunun açılması qazaxıstanlı sahibkarlar üçün böyük imkanlar yaradır. Gələcək bu istiqamətdə noxud, mərci və digər kənd təsərrüfatı məhsullarının yola salınması planlaşdırlır."