BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı (FOTO)


Digərləri 13 Fev 2018 14:20:00 310 0

BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayaz Səmədli özünün “Alqoritmik düşüncənin inkişafı” adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib. Layihənin BANM-ın Konfrans zalında keçirilən yekun mərhələsində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müəllimləri Abbas Əlili və Süleyman Süleymanzadə, Ali Məktəbin və digər universitetlərin tələbələri iştirak ediblər. Tədbiri öz səmimi sözlərilə açan layihə rəhbəri Ayaz Səmədli bütün iştirakçıları salamlayıb və layihə haqqında ümumi məlumat verib.