Cəfər Cabbarlının qızı ilə vida mərasimi keçiriləcək


Kriminal 13 Fev 2018 14:19:00 323 0

Cəfər Cabbarlının qızı ilə vida mərasimi keçiriləcək

Dramaturq, şair və nasir Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Son.az-ın məlumatına görə, bu barədə report-a açıqlamasında Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib.

O qeyd edib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq:

"Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun".