Dünyada ilk dəfə: robot qapını


Digərləri 13 Fev 2018 14:05:00 346 0

Dünyada ilk dəfə: robot qapını

ABŞ-dakı "Boston Dynamics" şirkətinin istehsal etdiyi robot "köpək" qapı aça bilir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, robot köpəklər olduqları otaqdan çıxmaq üçün bir-birlərinə yardım edirlər.

Robot "köpək"lərdən birinin qapını açmaq üçün manipulyatoru olmadığından "yardım" istəyir.

Ona digər robot "it" yardım edir, qapını açır. Bundan sonra robotların ikisi də otaqdan çıxıb qaçırlar.

"Boston Dynamics" YouTube kanalında paylaşdığı "Hey Buddy, Can You Give Me a Hand?" adlı bu videoya artıq 685 min nəfər baxıb.

"Boston Dynamics" şirkəti indiyədək salto vura bilən "Atlas" humanoid robotounu, "BigDog" adlı "buzov"u, "Spot Robot"u və miniatür "SpotMini"ni hazırlayıb.


Xəbərə aid fotolar