Nazir: "Azərbaycanın vergi sistemində şəffaflıq təmin olunacaq"


Digərləri 13 Fev 2018 13:33:00 262 0

Nazir: "Azərbaycanın vergi sistemində şəffaflıq təmin olunacaq"

Azərbaycanın vergi sistemində şəffaflıq təmin olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu sahədə artıq geniş miqyaslı iş aparılır: "Artıq biz vergi orqanlarında strukturun və idarəetmə prinsiplərinin yenidən təşkilinə başlamışıq. Hazırda qarşıda duran vəzifələrə cavab verə biləcək yeni, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılmasına başlanıb".