​Həm üzərindən, həm də evindən narkotik tapıldı VİDEO


Kriminal 13 Fev 2018 13:11:00 298 0

​Həm üzərindən, həm də evindən narkotik tapıldı  VİDEO

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Ərçivan qəsəbəsində saxlanılan Xaliq Fəttayevin üzərinə baxış keçirilərkən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Şəxsin evinə də baxış keçirilib. Oradan da əlavə olaraq 4 bükümdə 2,52 kiloqram narkotik vasitə olan tiryək tapılıb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Fakt araşdırılır.


Xəbərə aid foto