Ən məşhur karnaval davam edir


Digərləri 13 Fev 2018 13:02:00 270 0

Ən məşhur karnaval davam edir

Braziliyanın Rio de Janeyro şəhərində fevralın 8-da başlanmış karnaval davam edir.

Son.az El Mundo-ya istinadən bildirir ki, dünyanın ən məşhur karnavalında keçidlər və rəqslər fevralın 19-da bitəcək. Həmin günədəsə Rio de Janeyronun merinin "karnaval kralı"na verdiyi şəhər açarı "Sambadrom"da qalacaq.

Braziliyanın ən populyar, habelə dünyanın müxtəlif ölkələrindən olan samba məktəblərinin mənsubları məharətlərini nümayiş etdirirlər.

Builki karnavala baxmaq üçün Rioya 6 milyondan artıq turistin gəldiyi deyilib.

Dünən "Sambodromo"dan 72 min rəqqas keçib və onlardan biri Braziliya prezidenti Mişel Temeri "qraf Drakula" kimi canlandırıb.