Bakıda Mir Cəlal küçəsinin əsasalı təmirinə başlandı (FOTO/VİDEO)


Digərləri 13 Fev 2018 12:50:27 207 0

Bakıda Mir Cəlal küçəsinin əsasalı təmirinə başlandı (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakının şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə təmirinə start verilib.

Bakı. Samir Əli - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakının şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə təmirinə start verilib. Agentlikdən Trend-ə verilən məlumata görə, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndiriləcək. Təmir-tikinti işləri çərçivəsində küçənin 1 km-lik hissəsində artıq köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülür. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 4-5 metr dərinikdə və 5-6 metr enində qazılır. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilir. Artıq bu işlər yolun təqribən 400 m-lik hissəsində görülərək yekunlaşdırılıb. Sözügedən işlərin yekunlaşdığı ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır. Yol ayrıcı sökülür, alt hissəsi 1 m dərinlikdə qazılaraq yararsız qrunt çıxarılır, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilirr. Anoloji işlər yolun mövcud hərəkət hissəsində də aparılır. Yüksək gərginlikli elektirk xəttinin çəilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0.8-1 m dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilir.