Yerevanda deputatlar əlbəyaxa dava etdilər - Bankaya görə (VİDEO)


Digərləri 13 Fev 2018 12:57:00 193 0

Yerevanda deputatlar əlbəyaxa dava etdilər - Bankaya görə (VİDEO)

Yerevanda Ağsaqqallar Şurasının (şəhər şurası) iclasında deputatların iştirakı ilə dava baş verib

Bakı. Yerevanda Ağsaqqallar Şurasının (şəhər şurası) iclasında deputatların əlbəyaxa davası baş verib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, davaya səbəb müxalif “Yerkir tsirani” partiyasının qaldırdığı məsələ olub. Qeyd olunur ki, iclas zamanı sakinlərin üfunət qoxusunun yayılması ilə bağlı şikayəti müzakirə olunub. Müxalifətçilər isə həmin bölgədən çirkab suların doldurulduğu bankanı iclasa keçirməyə və onu Yerevanın meri Taron Marqaryana təqdim etməyə çalışıblar.