Suriya ordusu ilə Hizbullah İranın əmrlərini yerinə yetirir


Dünya 13 Fev 2018 12:37:00 293 0

Suriya ordusu ilə Hizbullah İranın əmrlərini yerinə yetirir

İsrailin İranın PUA-sını və Suriyanın İsrailin F-16-sının vurmasından sonra Tel-Əviv bildirib ki, istənilən şəkildə özünü müdafiə edəcək.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Yuval Ştaynits Army Radio-ya açıqlaması zamanı söyləyib ki, Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq edilib. Əgər İran Tel-Əvivin müəyyən etdiyi "qırmızı xətt"i keçsə, İsrail Suriyaya qarşı tədbirlər görəcək.