MDB PA-nın Azərbaycanda Prezidenti seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb


Siyasət 13 Fev 2018 12:20:27 244 0

MDB PA-nın Azərbaycanda Prezidenti seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb

Monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc olunmasınadək müddəti əhatə edəcək

Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının Azərbaycanda növbədənkənar Prezidenti seçkiləri üzrə uzunmüddətli müşahidə missiyası fəaliyyətə başlayıb.

Bu barədə "Report"a MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, MDB PAA DİMBİ-i monitorinqi aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq təsdiq olunan İş Planına əsasən aparır.

Müxtəlif istiqamətlərdə həyata keçiriləcək uzunmüddətli monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək. MDB PAA DİMBİ Bakı filialı nəzdində yaradılan Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və filialların ekspertləri bu bölgələrdə monitorinqlər aparacaqlar.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri aprelin 11-də keçiriləcək.