Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sabiq sədri Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib


Digərləri 13 Fev 2018 12:12:09 200 0

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sabiq sədri Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib

Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub

Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

“Report”un xəbərinə görə, iclasda bildirilib ki, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.