Azərbaycanda şok hadisə: bacısının hamamda çimən rəfiqəsini zorlamaq istədi


Kriminal 13 Fev 2018 12:12:00 824 0

Azərbaycanda şok hadisə: bacısının hamamda çimən rəfiqəsini zorlamaq istədi

Xaçmazın Xudat şəhərində cavan qıza qarşı biabırçı hərəkət etmək istəyən Xudat şəhər sakini saxlanılıb.

Son.az xəbər verir ki, istipress-in şimal bürosunun məlumatına görə, hadisə bu il fevral ayının 6-da gecə saat 23 radələrində Xudat şəhərində həyət evlərinin birində baş verib. Şərti adı Vüsalə Zeynalova olan 25 yaşlı gənc qız hamamda çimərkən ora soxulmuş bir nəfərin zorakılığına məruz qalıb.

Hamamda lüt vəziyyətdə çimən qızı içəri qəfil daxil olan bir nəfər  zorlamaq istəyib. Amma qızın çətinliklə də olsa haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması içəri vəhşicəsinə soxulan şəxsin öz çirkin əməlini həyata keçirməyə imkan verməyib. Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qız hamamdan çıxıb qaçan adamı tanıyıblar.

Dərhal DİN-nin "102 "xidməti məlumatlandırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları biabırçı olayın araşdırılmasına başlayıb. Cavan, subay qızı öz iradəsinin əksinə zidd olaraq köməksiz halda zorlamaq istəyən Xudat şəhər sakini, 27 yaşlı Tural Vaqif oğlu Şükürov fevralın 8-də tutularaq istintaqa təhvil verilib. Elə həmin gün Xaçmaz Rayon Prokurorluğunda CM-nin 29,149.1 (zorlamaya cəhd) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi biabırçı olayı etiraf edib.