Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq


Digərləri 13 Fev 2018 12:09:00 208 0

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq

Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hakiminin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində hakiminin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Trend-in məlumatına göprə, bu "Konstitusiya Məhkəməsi haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qanuna edilən dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin