Rus idmançı milyonların sevimlisinə çevrildi VİDEO FOTO


Digərləri 13 Fev 2018 12:03:00 353 0

Rus idmançı milyonların sevimlisinə çevrildi  VİDEO  FOTO

Rusiyanın Cənubi Koreyanın Phöçnhan şəhərində keçirilən 23-cı Qış Olimpiya Oyunlarına yolladığı yığma komandanın üzvü, körlinqçi Anastasiya Brızqalova sosial şəbəkələrin və Qərb mediasının ulduzuna çevrilib.

Son.az The Sun-a istinadən bildirir ki, milyonlarla insan körlinq yarışlarına yalnız Anatasiyaya görə baxıblar.

25 yaşlı rusiyalı idmançının gözəlliyi sosial şəbəkə istifadəçilərinin qəlblərini fəth edib.

"Körlinqdən heç nə anlamıram, amma Anastasiya Brızqalova məni bu idman növünün fanatına çevirdi", - Twitter istifadəçilərindən biri yazıb.

Anastasiya Brızqalova əri Aleksandr Kruşelnitski ilə birlikdə körlinqin"dabl-mist" növündə bürünc medal qazanıb.

Sank-Peterburqdan olan cütlük isveçrəlilərlə mübarizədə səhvə yol verdiyi üçün qızıl medal uğrunda mübarizə apara bilməyib.


Xəbərə aid fotolar