LosAncelesdə təyyarə uçmamış alışdı


Dünya 13 Fev 2018 11:54:00 286 0

LosAncelesdə təyyarə uçmamış alışdı

Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın təyyarə Los-Anceles beynəlxalq aeroportunda uçmamışdan əvvəl baş verib.

Yanğının ehtiyat blokda baş verdiyi bildirilir, bununla əlaqədar dərhal təxliyə qərarı verilib.

Təyyarədə 139 sərnişin və 5 ekipaj üzü olub. Təxliyə zamanı sərnişin və ekipaj üzvlərindən heç kimin xəsarət almadığı bildirilib.