Amerikalılar 35 rusiyalı hərbçini öldürdülər FOTO


Dünya 13 Fev 2018 11:47:00 307 0

Amerikalılar 35 rusiyalı hərbçini öldürdülər  FOTO

ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın bombardmançı təyyarələrinin fevralın 8-də Suriyanın Deyr əz Zor vilayətində hökumət qoşunlarının mövqelərini bombalaması nəticəsində 124 hərbçi həlak olmuşdu.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, "Inherent Resolve" ("Sarsılmaz qətiyyət") əməliyyatı çərçivəsində həyata keçirilmiş bombardmanda həlak olanlar arasında 35 rusiyalı hərbçi də var.

Onlar "Vaqner" özəl hərbi şirkətinin əməkdaşlarıdır.

Həlak olmuş rusiyalı hərbçilərdən, sadəcə, 5-nin ad və soyadları məlumdur. Onlar Kirill Ananyev, Aleksey Ladıqin, Stanislav Matveyev, İqor Kosoturov və Vladimir Loqinovdur. Onların hamısı əvvələr Ukraynanın şərqində, Donbasda separatçıların sıralarında vuruşmuşdular.

İlkin məlumatlara görə, "Vaqner"in hərbçiləri Hişam yaşayış məntəqəsini kürdlərin PYD və YPG terror qruplaşmalarından azad etməyə çalışırdılar.


Xəbərə aid foto