Afrində məhv edilən terrorçuların sayı 1439-a çatıb


Dünya 13 Fev 2018 11:26:54 224 0

Afrində məhv edilən terrorçuların sayı 1439-a çatıb

Əməliyyatın 25-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, həmçinin İŞİD-in 70 terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1439-a çatıb.

"Report" xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyatın 25-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 70 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.