Bakıda məkəbdə işləmək üçün müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb


Digərləri 13 Fev 2018 11:18:00 205 0

Bakıda məkəbdə işləmək üçün müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş növbəti müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş növbəti müsabiqələrin vakansiya seçimi mərhələsi yekunlaşıb. İdarədən Trend-ə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrin test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlərdən 245 nəfəri vakansiya seçimini edib. Onlardan 35-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 60-ı uşaq birliyi təşkilatı rəhbəri, 150-si laborant olmaq istəyən şəxslərdir.