Tanınmış müğənni Vergilər Nazirliyini məhkəməyə verdi


Digərləri 13 Fev 2018 10:55:00 305 0

Tanınmış müğənni Vergilər Nazirliyini məhkəməyə verdi

Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Son.az report-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan Vergilər Nazirliyinin Departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.