Nazir: Azərbaycana gələn turistlərin sayında 20 faiz artım olub


Digərləri 13 Fev 2018 10:51:00 231 0

Nazir: Azərbaycana gələn turistlərin sayında 20 faiz artım olub

"Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına mühüm töhfə verir".

Bakı. Elçin Mehdiyev – "Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına mühüm töhfə verir". Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib. Ə.Qarayev bildirib ki, dünya turizminin inkişafı ümumilikdə müxtəlif ölkələrin həyatına böyük faydalar verir: “Biz də turizmin bu inkişafından istifadə etməliyik”.