Rusiyada yanğında azərbaycanlı ailə məhv oldu VİDEO FOTO


Digərləri 13 Fev 2018 10:11:00 268 0

Rusiyada yanğında azərbaycanlı ailə məhv oldu  VİDEO  FOTO

https://apa.az/dunya-xeberleri/mdb-olkeleri/rusiyada-yangin-neticesinde-azerbaycanli-aile-olub-8303.html

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.

Son.az xəbər verir ki bu barədə APA-ya Orenburqdaki Azerbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib.

Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır. Əslən Masallı rayonundan olan N.Quliyevin taksi sürücüsü fəaliyyəti ilə məşğul olduğu məlum olub.

Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır. 

Baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin Orenburq vilayəti üzrə istintaq İdarəsindən APA-nın Rusiya bürosuna verilən məlumata görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin  109-cu maddəsinin 3-cü bəndi (səhlənkarlıqdan ölümə səbəb olmaq) əsasında cinayət işi açılıb, araşdırma aparılır.  

İlkin istintaqın versiyasına görə, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğının söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi cəsədi aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub.  Xəstəxanaya aparılan zaman 3 yaşlı qız uşağı və 6 yaşlı oğlan uşağı təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və iki nəfər 20 yaşlarında olan qadınlar və 8 yaşlı qız uşağının vəziyyəti ağır olaraq qalır. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.


Xəbərə aid fotolar