Xalq artistindən efirdə makiyajını sildirən Zaura cavab: "Mənim yerimə hansı məşhur olsaydı..." FOTO


Şou-biznes 13 Fev 2018 09:55:00 355 0

Xalq artistindən efirdə makiyajını sildirən Zaura cavab: "Mənim yerimə hansı məşhur olsaydı..."  FOTO

Xalq artisti Gülyanaq Məmmədova "5/5" verilişinin qonağı olub.

Teleaparıcı Zaur Kamal xalq artistindən makiyajını silməsini xahiş edib. Bu halı tamaşaçılar teleaparıcı tərəfindən xalq artistinə hörmətsizlik kimi qəbul ediblər.

Son.az-a açıqlama verən Gülyanaq Məmmədova baş verənlərə aydınlıq gətirib:

"Dünən yayımlanan "5/5" verilişindən sonra, təbii ki, mənə də çox zəng gəldi. Sual verirlər ki, niyə Zaur makiyajınızı sildirdi? Niyə siz sildiniz? Bu tip suallar həddindən artıq çoxdur. Heç kim nə Zauru, nə də məni qınamasın. Bu, bir şou proqramdır. İnsan necə varsa, elə görünməkdən utanmamalıdır. O demək deyil ki, qadınlar makiyajsız çirkin olur. Mənə görə qadınlar doğulan gündən gözəldir. Məxsusi olaraq da azərbaycanlı xanımlar.