Tanınmış həkimi şantaj etməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb


Sosial 13 Fev 2018 09:20:53 298 0

Tanınmış həkimi şantaj etməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib

Bakı Apellyasiya Məhkəməsində tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən klinikaların birində çalışan tanınmış nevropatoloq və EEG həkimi N.A. (ad və soyadı şərti) ilə sosial şəbəkədə tanış olub. Daha sonra E.İbrahimov onunla münasibət qurub. Bir qədər keçəndən sonra o, qadını rüsvay etməklə şantaj edərək ondan 8 min manatdan çox pul alıb.

Daha sonra həkim E.İbrahimovdan hüquq-mühafizə orqanlarına şikayət edib və o saxlanılıb. E.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

O, ittihamları qəbul etmədiyini və həmin qadından pulu yardım məqsədilə istədiyini söyləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan E.İbrahimov apellyasiya şikayəti verib.