"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqini təsdiqləyib


İqtisadiyyat 13 Fev 2018 09:14:06 261 0

"Fitch" "Paşa Yatırım Bankası"nın reytinqini təsdiqləyib

Reytinq əvvəlki səviyyədə sabit təsdiqlənib

"Fitch" beynəlxalq reytinq agentliyi "Pasha Yatırım Bankası A.Ş."nin milli valyutada uzunmüddətli reytinqini "BBB+", reytinq üzrə proqnozunu isə "stabil" səviyyəsində təsdiqləyib. 

"Report" xəbər verir ki, bu barədə agentliyin internet səhifəsində məlumat verilib.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" "Paşa Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.