"Honda" 350 min avtomobilini geri çağırır


Dünya 13 Fev 2018 09:08:32 250 0

"Honda" 350 min avtomobilini geri çağırır

Yaponiyanın "Honda" avtomobil korporasiyası Çin bazarından 350 minə yaxın "CR-V" və "Civic" modelini geri çağırmağı planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, geri çağırma avtomobillərin mühərrikində olan nasazlıqlarla bağlıdır.

Qərarın ötən ay avtomobil sahiblərindən daxil olan kütləvi şikayətlərdən sonra qəbul edildiyi bildirilir. Şikayətlər, əsasən, avtomobillərin qış mövsümündə qeyri-məqbul işləməsi ilə bağlı olub.