Bu şirkət yararsız noutbuklarını geri çağırır


Digərləri 13 Fev 2018 08:41:00 305 0

Bu şirkət yararsız noutbuklarını geri çağırır

Çinin "Lenovo" kompüter istehsalçısı beşinci nəsil "ThinkPad X1 Carbon" noutbuklarını geri çağırır. Bu noutbuklar alışma riskinə görə təhlükə törədirlər.

Son.az ICTnews-a istinadən bildirir ki, leptopun batareyası müvafiq şəkildə bərkidilməmiş vint səbəbindən zədələnə bilər. Bu isə akkumulyatorun çox qızmasına səbəb ola bilər.

2016-cı ilin dekabrından 2017-ci ilin oktyabrınadək buraxılmış 83 mindən çox beşinci nəsil "ThinkPad X1 Carbon" yığcam fərdi kompüteri geri çağrılacaq. İstifadəçilər "Lenovo"nun saytında qurğularının yararsız olub-olmamasını yoxlaya bilərlər. Yararsız noutbukların təmiri pulsuz həyata keçirilir.