Venesuelada karnaval atəşə tutuldu: ölənlər var


Dünya 13 Fev 2018 08:33:00 264 0

Venesuelada karnaval atəşə tutuldu: ölənlər var

Venesuelanın Bolivar ştatında karnaval yürüşü naməlum şəxs tərəfindən atəşə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə El-Kalyao bələdiyyəsində baş verib.

İnsident nəticəsində 3 nəfərin həlak olduğu, daha 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar xəstaxanaya yerləşdirilib. Cinayətkarı yaxalamaq hələlik mümkün olmayıb.