“Apple AirPods” qulaqcığı partladı


Digərləri 13 Fev 2018 08:25:00 251 0

“Apple AirPods” qulaqcığı partladı

ABŞ-ın Florida ştatının sakini Ceyson Kolona məxsus "Apple AirPods" simsiz qulaqcığı partlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, hadisə C. Kolon fitnes-klubda idmanla məşğul olarkən baş verib. Qəflətən qulaqcıqlardan biri tüstülənməyə başlayıb. C. Kolon qulaqcığı çıxarıb və kömək üçün administratora müraciət edib. O, yerinə qayıtdıqda qulaqcığın partladığını görüb.  

Bu, "Apple AirPods"un partlaması ilə bağlı ilk hadisədir. Şirkət araşdırma apararaq hadisənin səbəbini müəyyən etməyə çalışacağını açıqlayıb.