Bakıda 24 yaşlı gənc bıçaqlanıb


Digərləri 13 Fev 2018 08:28:00 215 0

Bakıda 24 yaşlı gənc bıçaqlanıb

1994-cü il təvəllüdlü Əlizamin İmanov tanışı ilə əlbəyaxa dava edib

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda baş verib.

Ramana qəsəbəsi Samir Əliyev küçəsində 1994-cü il təvəllüdlü İmanov Əlizamin Əli oğlu tanışı ilə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.