Ermənistanda korrupsiya faktları 48,1 faiz artıb


Dünya 13 Fev 2018 05:54:31 285 0

Ermənistanda korrupsiya faktları 48,1 faiz artıb

Ötən il bu ölkədə 634 korrupsiya faktı qeydə alınıb

2017-ci ildə Ermənistanda 634 korrupsiya faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "News.am" ölkə polisinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu rəqəm 2016-cı ildə qeydə alınmış korrupsiya halları ilə müqayisədə 48,1 faiz çoxdur.

Ötən il bu ölkədə həmçinin 163 rüşvət faktı aşkarlanıb. Halbuki 2016-cı ildə bu rəqəm 71 fakt təşkil edib.

Polisin hesabatında qeyd edilib ki, müvafiq dövrdə 166,250 cinayət materialı hazırlanıb və 7155 cinayət işi qaldırılıb.