Bakıda 41 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb


Sosial 13 Fev 2018 01:36:32 314 0

Bakıda 41 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 41 yaşlı Nağıyev Niyaməddin Mirağa oğlu tanışı ilə mübahisə edərkən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər N.Nağıyevin vəziyyətini ağır qiymətləndirir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.