Yastıayaqlılıq müalicə olunurmu?


Digərləri 12 Fev 2018 23:30:00 298 0

Yastıayaqlılıq müalicə olunurmu?

Ayaq sağlamlığı insan orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Ayaqlarımızda yaranan hər hansı problem bütün günümüzün narahat keçməsinə səbəb olur. Bunlardan biri də yastıayaqlılıqdır. 

Bəs görəsən insanda yastıayaqlılıq niyə yaranır? Onun simptomları nələrdir?Son.az ailem.az-a istinadən bununla bağlı terapevt, osteopat Elfanə Süleymanovanın məlumatlarını təqdim edir.

Pəncə skeletimiz üçün dayaq və amartizator rolunu oynayır, hərəkət zamanı tarazlığı, bədən yükünün bərabər paylanmasını və bədənin ahəng hərəkətini təmin edir. İnsanın yerişi, qaməti, günün sonunda  ağrıların və diskomfortun dərəcəsi ayaq tağının formasından asılıdır.

Ayaq tağının qeyri-düzgün formalaşması və ya onun zədələnməsi bütün dayaq-hərəkət aparatının işinin pozulmasına səbəb olur. Bu zaman aşıq-daban oynağı, diz və bud çanaq oynaqları və bütün bədən əzələləri əziyyət çəkirlər. İnsanda yastıayaqlılıq varsa, ayaq tağı düzgün fəaliyyət göstərmir.

Ayaq tağının tam və ya hissəvi olmaması yastıayaqlılıq adlanır. Yastıayaqlılıq köndələn, boylama və ya qarışıq ola bilər.  

Yastıayaqlılığın bir neçə səbəbi var. Ən əsas səbəbi isə ayaqlara düşən yükün həddən artıq olmasıdır. Bu yüklənmə həddən artıq çox və ya az ola bilər. Bu statik yastıayaqlılıq adlanır. Digər yastıayaqlıq növlərinə pəncənin paralitik, travmatik, raxitik zədələnməsi və ya anadangəlmə yastıayaqlılıq aiddir.  

Yastıayaqlılıq simptomları ilə qadınlar daha tez-tez rastlaşırlar. Risk faktorlarına artıq çəki, ayaq üstə iş rejimi, dikdaban və ya dar ayaqqabılar geyinmək aiddir. Bu faktorların nəticəsində  pəncənin kostruksiyası dəyişir. Ayaq pəncəsinin əzələ-bağ aparatı zəifləyir. Bu cür ayaq, uzun müddət bir yerdə dayanmaqdan və ya çox gəzməkdən ağrımağa başlayır. 

Yerimə zamanı yastıayaqlı pəncədə normal pəncədən fərqli olaraq addımlama zamanı yaranan impuls pəncənin tağı tərəfindən zəifləmir və bütün oynaqlara ötürülür. Beləliklə dayaq-hərəkət aparatı normal fizioloji vəziyyətindən daha çox yüklənir. Bu zaman amartizator funksiyasını onurğa sütunu öz üzərinə götürür. Nəticədə onurğa sütünu boyunca çoxsaylı ağrılar, yırtıqlar, sinir köklərinin sıxılması və s. kimi problemlər yarana bilər. 

Yastıayaqlılıq simptomları: