Sidik ifrazı zamanı ağrı və yandırma hissi


Digərləri 12 Fev 2018 23:21:00 478 0

Sidik ifrazı zamanı ağrı və yandırma hissi

Sağlam insan sidik ifrazı zamanı və ondan sonra heç bir ağrı, sancı, yandırma və s. diskomfort hiss etməməlidir, sidik rahat axmalıdır (qırıq-qırıq yox!).

Bundan əlavə sidik ifrazının tezləşməsi, sidikdə qan izləri, irin, sidiyin rənginin dəyişilməsi, çox tünd olması, sidiyin qoxusunun dəyişilməsi (pis qoxu) də çox ciddi simptomlar sayılır.

Əgər sizdə sadaladığımız simptomlar əmələ gəlibsə, mütləq həkimə müraciət edin.

Son.az saglamolun.az-a istinadən sidik ifrazı zamanı ağrı və diskomfortun mümkün səbəblərini təqdim edir:

1. Sistit (sidik kisəsinin iltihabı). Ən yayılmış səbəbdir. Qadınlarada daha tez-tez təsadüf edilir. Digər simptomlar arasında - tezləşmiş sidik ifrazı, sidik kisəsinin tam boşalmaması hissi, ümumi zəiflik, bəzən hərarətin yüksəlməsi.

2. Cinsi yolla keçən infeksiyalar (xlamidioz, trixomoniaz, kandidoz və s.). Bu zaman həmçinin qadınlarda vaginadan, kişilərdə isə uretradan qeyri-təbii ifrazatlar (iyli, irinli, yaşıl və s.) olur.