Azərbaycan neftinin SON QİYMƏTİ
Digərləri 12 Fev 2018 23:04:00 269 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 65,2 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,41 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 60,17 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.
Mənbə: milli.az