Kiçik Donald Trampın həyat yoldaşı ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib


Dünya 12 Fev 2018 22:43:00 301 0

Kiçik Donald Trampın həyat yoldaşı ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib

Kiçik Donald Trampın həyat yoldaşı Vanessa naməlum ağ tozlu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən xəbər verib.

Məlumata əsasən, zərf kiçik Donald Trampın yaşadığı ünvana gətirilib. Məlumata əsasən, qadına müvafiq tibbi yardım göstərilib. Onun vəziyyəti barədə məlumat verilmir.